Əlaqə Arxiv
news Image
2013.01.10
21:00
| A A A
Ötən il 39 mindən artıq vergi ödəyicisində pozuntu aşkarlanıb

Ötən il ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 39125 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu barədə Movqe.az-a Vergilər Nazirliyindən məlumat verilib. Onlardan 19279-nun (49,3 %) nağd hesablaşmaların aparılması qaydalarını pozduğu,4013-nün (10,6 %) tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul etdiyi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla alıb-satdığı və ya dəyişdirdiyi, 3536-nın(9,04 %) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 5803-nün (14,4 %) xüsusi razılıq (lisenziya) almadan sahibkarlıqla məşğul olduğu müəyyən edilib. Hesabat dövründə 4133 vergi ödəyicisi tərəfindən 7027 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1670 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 691 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 10448 ədəd mal olduğu aşkarlanıb. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.

Sizin Reklam Yeriniz