Əlaqə Arxiv
news Image
2016.10.10
18:27
| A A A
Xam neft və təbii qaz hasilatının istehsalçı qiymətləri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 16,4%, o cümlədən mədənçıxarma sənayesi üzrə 18%, emal sənayesi üzrə 10,8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7%, su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə isə 4,2% artıb.

 

Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, bu ilin sentyabr ayında avqust ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,4%, emal sənayesi və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 2,5% artıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişiklik baş verməyib.

 

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,5%, metal filizlərinin hasilatı üzrə 2,4% artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 9,7%, neft məhsullarının istehsalı üzrə 3,3%, tütün məmulatlarının istehsalı üzrə 2,7%, tikinti materiallarının istehsalı üzrə 1,9%, içki istehsalı üzrə 0,8%, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,5%, geyim istehsalı üzrə 0,4%, toxuculuq sənayesi və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,2%, kimya sənayesi üzrə 0,1% artıb, kağız və karton istehsalı üzrə isə 0,1% azalıb.

 

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sizin Reklam Yeriniz