Əlaqə Arxiv
news Image
2016.10.11
08:00
| A A A
Süni qiymət artımına yol verilməyəcək
Müvaiq dövlət qurumları prosesi tam nəzarətə götürür

Məlumdur ki, hökumət qeyri-neft sektorunun inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Bu yöndə əsas məsələlərdən biri ölkədə ərzaq təhlükəsizliyinin yaradılmasıdır. Problemin həlli ilə bağlı kənd təsərrüfatı sahələrinin inkişafına investisiya yatırılması, fermerlərə güzəştli kreditlərin verilməsi, bir sıra vergi güzəştlərinin tətbiqi öz səmərəsini verməkdədir. 

Artıq bir çox məhsullar üzrə keyfiyyətin və məhsuldarlığın artması hökuməti yeni layihələrə start verməyə istiqamətləndirib. İxrac potensialının artırılması və xaricdən gətirilən bəzi yeyinti məhsullarına gömrük rüsumunun yüksəldilməsi bu tədbirlərdəndir. 

Məhsuldarlığın artması və keyfiyyətin yaxşılaşdırılması istehlak bazarında yerli məhsulun rəqabətlilik qabiliyyətini yüksəltməklə yanaşı ona olan tələbatı da artırır. Lakin inkişaf müsbət təmayülləri artırsa da bəzən bundan digər məqsədlər üçün istida edənlər də meydana çıxır. Məlumdur ki, hazırda bazarlarda möhtəkirlik faktları mövcuddur. Bununla məşğul olanlar adətən xaricdən gətirilən və öz keyfiyyət və etiket göstəricilərinə görə yerli məhsullardan fərqlənən mallarda süni qiymət artımı yaratmağa çalışıblar. Lakin indi vəziyyət xeyli dərəcədə dəyişib. Yerli məhsullar ticarət nişanlarına və keyfiyyət göstəricilərinə görə nəinki xarici istehsala çatıb, hətta bəzi sahələrdə onları ötüb keçib. Bu isə möhtəkirlərin daxili bazara yönəlmələrinə səbəb olur. Bu hal  azərbaycanlı istehlakçıların maddi durumuna mənfi təsir edir. Məsələn, rayonlarda istehsal edilmiş kənd təsərrüfatı məhsulları əldən-ələ keçərək alıcıya maya dəyərindən dəfələrlə artıq qiymətə satılır. 

Belə halların qarşısını almağa, bazarlarda süni qiymət artımına qarşı hökumət səmərəli mübarizə apaqmaq məqsədilə müvafiq tədbirlər görür. Nazirlər Kabinetinin oktyabrın 7-də keçirilən  iclasında Prezident İlham Əliyev bu tip məsələləri nəzərdə tutaraq deyib: "Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa, onlar çalışa bilərlər ki, öz məhsullarının da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir". Ölkə başçısının tapşırığı günün reallığına əsaslanır və əhalinin maddi-rifah halının qorunmasına yönəlib. 

Lakin bu siyasət çoxşaxəlidir və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edir. Belə ki, yerli istehsala tələbat artdıqca, ilk növbədə pul kütləsinin respublikada qalması təmin edilir. İkincisi, mal və pul dövriyyəsi artır ki, bu da irəliləyişin mühüm göstəricisidir. Üçüncüsü, məhsuldarlıq və keyfiyyət kimi göstəricilərin yüksəldilməsi ixraca da müsbət təsir edir və ölkəyə valyuta axını güclənir. Dördüncüsü, varlanan yerli sahibkarlar artıq texnologiyaların yaradılması və təkmilləşməsini stimullaşdırmaq imkanı qazanırlar, elm inkişaf etməyə meyillənir. Bu istiqamətdə baş verəcək müsbət halların sayını kifayət qədər sadalamaq olar. Əsas odur ki, verilən tapşırıqlar yerinə yetirilsin və cəmiyyəti təşkil edən insanların tam sağlam həyat tərzi keçirməsi təmin edilsin.

Sizin Reklam Yeriniz