Əlaqə Arxiv
news Image
2016.10.14
11:00
| A A A
Özəlləşdirmədən büdcəyə gələn pullar
Dünya dövlətləri beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında ASALA terror təşkilatının bayrağının nədən dalğalandığı heç kimi narahat etmir.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac davam etdirilir. Sonuncu hərrac zamanı ümumilikdə 35 dövlət əmlakı özəlləşdirilib. Ondan əvvəl isə 16 əmlak özlləşdirilib. Göründüyü kimi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclara maraq artır. İstənilən vətəndaşın, yerli və xarici investorların məhdudiyyətsiz iştirak etdiyi açıq hərracda səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı baş tutur. Hərraclar rəqabət şəraitində keçdiyindən iştirakçılar da razı qalırlar. İqtisadçıların sözlərinə görə, özəlləşdirmə prosesi ölkə iqtisadiyyatı, xüsusən də sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Bununla büdcə yükünün azaldılması, passiv əmlakların dövriyyəyə cəlb edilməsinə nail olmaq mümkündür.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsinin ən böyük üstünlüyü ondan ibarətdir ki, bu zaman əmlakın real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı neqativ halların baş verməsi mümkün deyil: “Digər tərəfdən belə özəlləşdirmə əmlakın bazar qiymətləri əsasında təşkil ediləcəyindən dövlət büdcəsinə daha çox vəsaitlərin daxil olmasını təmin edəcək. Bu məsələdə “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Fərmanının əhəmiyyəti böyükdür. Fərmana əsasən, aparılacaq özəlləşmədən ölkənin iqtisadiyyatı üçün gözləntilər böyükdür. Burada söhbət təkcə özəlləşəcək əmlakın müqabilində büdcəyə daxil olacaq vəsaitlərin daha yüksək olacağından getmir. Eyni zamanda özəlləşəcək dövlət əmlakının təyinatı üzrə istifadə edilməsini nəzərdə tutan addımlar atılacaq. Bir sözlə, özəlləşmənin bu mərhəlləsində, dövlət maksimum səmərə götürməyi proqnozlaşdırır”.
Digər iqtisadçı-ekspert Yusif Vəliyev bildirdi ki, ölkəmizdə illərdi passiv qalan obyektlər var idi: “Hansı ki, onlar heç bir gəlir gətirmirdi. Artıq hökümət özəlləşdirmə prosesinə start verməklə həmin obyektlərə “canlanma” gətirmiş olacaq. Bunun üçün onlayn portallar da yaradılıb. Özəlləşdirmə prosesinin əsas məqsədi ölkəyə əlavə investisiyanın cəlb olunması və passiv investisiyaların aktivləşdirilməsidir. Ona görə də bunu birbaşa iqtisadiyyatın inkişafını təmin edəcək növbəti addımlardan hesab etmək olar. Özəlləşmə tam olaraq istənilən qaydada reallaşarsa, iqtisadiyyata böyük faydası dəyəcək. Çünki, passiv obyektlərin hətta dövlət tərəfindən də aktivləşməsi çətinləşmişdi. İndi isə həmin əmlaklar “canlandırmaqla” ölkə iqtisadiyyatına yeni valyuta axını təmin olunacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz