Əlaqə Arxiv
news Image
2016.10.15
18:00
| A A A
Saxta məhsul təqdim edən arıçılar qara siyahıya düşəcəklər

Bal yarmarkasına saxta məhsul gətirən arıçılar qara siyahıya düşəcəklər.Movqe.az-ın məlumatına görə, bunu yarmarkada iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Nazir müavinin sözlərinə görə, keyfiyyətli balla bağlı tələblərin artmasından sonra 55-a arıçı yarmarkada iştirak etmək üçün bildirişlərini geri götürüblər: “Bu il biz yoxlamaları iki mərhələdə keçiririk- əvvəlcə zona, daha sonra isə Respublika laboratoriyalarında yoxlama aparılır. Bundan başqa biz gələcəkdə yarmarkaya saxta bal çıxaran arıçıların qara siyahısını tərtib etməyi planlaşdırırırq.

S.Talıbovun sözlərinə görə, bu dəfə yarmarkaya aşağı keyfiyyətli olması səbəbindən 23,5 ton məhsul buraxılmayıb.

Sizin Reklam Yeriniz