Əlaqə Arxiv
news Image
2016.10.17
23:00
| A A A
İran neft və qaz hasilatı üzrə tender elan etdi

İran neft istehsal edən xarici şirkətlərdən neft və qaz yataqlarının işlənməsində iştirak üçün müraciətlər qəbul etməyə başlayıb.

Oxu.az xəbər verir ki, ərizələr noyabrın 19-na qədər qəbul ediləcək.

İran Milli Neft Şirkətinin (NİOC) saytında tenderin başlanması haqqında elan yerləşdirilib. Elanda bildirilib ki, kəşfiyyat və hasilat üzrə ixtisaslaşmış şirkətlər seçim üçün dəvət edilib.

Seçimi keçənlərin siyahısı NİOC-un saytında dekabrın 7-də dərc ediləcək.(oxu.az)

Sizin Reklam Yeriniz