Əlaqə Arxiv
news Image
2016.10.18
12:22
| A A A
Prezident: "Heç bir regional layihə TANAP-la rəqabət apara bilməz"

"Heç bir regional enerji layihəsi TANAP-la rəqabət apara bilməz". Movqe.az xəbər verir ki, bunu "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

"TANAP "Cənub Qaz Dəhlizi" kimi iri layihənin bir hissəsidir. Öz növbəsində "Cənub Qaz Dəhlizi" layihəsi dörd komponentdən ibarətdir. Söhbət dünyanın ən iri qaz yataqlarından biri olan "Şahdəniz" layihəsinin işlənməsindən, "Cənubi Qafqaz" boru kəmərinin tikintisindən və onun genişləndirilməsindən, ardınca isə TANAP və TAP layihələrinin tikintisindən gedir. Bütün bu komponentlər öz özlüyündə vacibdir. Bu layihənin ilk mərhələsində qaz satışı ilə bağlı müqavilələr imzalanıb və satışlar həyata keçirilib. Biz hasilatın artırılması ilə bağlı müqavilələr imzalamışıq və bu proses 2018-ci ildən etibarən baş tutacaq, 2020-2021-ci illərdə isə hasilat pik həddə çatacaq. Bu baxımdan digər regional enerji layihələri obyektiv səbəblərdən TANAP-la rəqabət apara bilməz", - deyə ölkə başçısı qeyd edib.

Sizin Reklam Yeriniz