Əlaqə Arxiv
news Image
2016.10.20
10:50
| A A A
Bu gün ECB-nin faiz qərarı və Mario Draqinin çıxışı olacaq

Son 3 gündür dünya maliyyə bazarlarında müşahidə olunan zəif aktivlik bu gün yenidən arta bilər.

ABŞ-da iqtisadiyyatının cari vəziyyəti ilə bağlı "Beige Book" hesabatı fonunda investorlar riskli əməliyyatlardan çəkiniblər. Lakin bu gün Avropa Mərkəzi Bankının (ECB) faiz qərarının açıqlanması və Mario Draqinin mətbuat konfransı Avropa maliyyə bazarlarının investorlar üçün yenidən maraqlı edə bilər.

ABŞ iqtisadiyyatının inkişafında güclü dəyişiklik yoxdur

Çərşənbə günü Amerika Federal Ehtiyat Sisteminin (FED) Amerikanın cari iqtisadi vəziyyət ilə bağlı “Beige Book” (Beyg Buk) hesabatı yayımlandı. Hesabatda iqtisadiyyatda güclü dəyişikliklərin müşahidə olunmadığı və orta sürətdə inkişaf etdiyi vurğulanıb. Eyni zamanda, inflyasiyanın da zəif artdığı bildirilib.

ECB-nin faiz qərarı və Mario Draqinin çıxışı olacaq

Digər tərəfdən bu gün Bakı vaxtı ilə saat 15:45 və 16:30-da müvafiq olaraq Avropa Mərkəzi Bankının faiz qərarı açıqlanacaq və mətbuat konfransı olacaqdır. Bu gün bankın yumşaq monetar siyasətində dəyişiklik gözlənilməsə də, mətbuat konfransında Mario Draqinin dekabr ayında baş tutacaq toplantısı və verilə biləcək qərarları ilə bağlı gözləntiləri investorların diqqət mərkəzində olacaqdır. Bunlar fonunda isə dünya valyuta birjalarında aktivlik yenidən arta bilər.

Avronun qiyməti 1.08$-a kimi də ucuzlaşa bilər

Avro/Dollar cütlüyünün məzənnəsi hələ də 1.09$ ətrafında dalğalanır. Qiymətin texniki mənzərəsi ilə tanış olduqda, son 2 aydır ucuzlaşan qiymətin əlavə olaraq 1.0870$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz