Əlaqə Arxiv
news Image
2016.10.20
12:47
| A A A
"Azərsu"ASC-də üç qurum birləşdirildi

Nazirlər Kabinetinin qərarına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsi “Bakı Sukanal” İdarəsinə, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib.

Movqe.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən edilib.

Cəmiyyətin “Mingəçevir Sukanal” İdarəsi və “Şirvan Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil edilib. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bəs “Azərsu”da aparılan bu dəyişikliklər nəticəsində ixtisarlar olacaqmi? “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı AzNews.az-a açıqlamasında sözü gedən qurumda aparılan struktur işlərinin ixtisarla heç bir əlaqəsi olmadığını bildirib: ““Azərsu”da kütləvi ixtisarlar olmayacaq. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, “Azərsu”da yeni struktur hazırlanacaq.

Həmin strukturda işçilərin sayı, ştat cədvəli müəyyənləşəcək. Əgər iki idarənin mühasibatlığından bir mühasibatlıq yaranacaqsa, istər-istəməz ştat vahidlərinin sayı çoxalacaq. Əgər mühasibatlıqda kiminsə iş itirmək təhlükəsi olarsa, həmin şəxslərə bizim digər idarə və təşkilatlarda vakansiya yerləri təklif olunacaq. Həmin şəxslər işlə təmin olunacaq”.

AzNews.az

Sizin Reklam Yeriniz