Əlaqə Arxiv
news Image
2016.10.20
21:30
| A A A
Avronun "memarı": Avro çökməyə yönəlmiş kimi görünür

Movqe.az Market Watch-a istinadən xəbər verir ki, Avropanın ortaq pul vahidinin memarlarından biri olan Otmar Issing "Avronun dağılmağa üz tutmuş kimi göründüyünü" deyib.

Otmar Issing Almaniya Mərkəzi Bankının sabiq rəsmilərindən biridir. O hazırda, Avropa Mərkəzi Bankının (AMB) yüksək səviyyəli iqtisadçısıdır.

Otmar Issingin "avronun dağılmağa üz tutmuş kimi göründüyünü" söyləməsi kefi pozan bir vəziyyət yardır. O buna səbəb kimi, Avro sisteminin Almaniyanın istədiyi kimi qurulmamasını göstərib.

Almaniya Mərkəzi Bankı heç bir zaman böyük bir avro heyranı olmamışdır. Issing, amma yenə də, Avronun tam olaraq Almaniyanın istədiyi kimi qurulması lazım olduğunu bildirib.

Issingin "Central Banking" nəşrinə verdiyi müsahibəsində ifadə etdiyi kimi, "təəssüf ki, bəlkə də labüd olaraq Avropanın qalanı, sadə bir şəkildə ifadə etmək lazım gələrsə, Almaniyanın standartları ilə ayaqlaşa bilməyiblər".

"KAĞIZDAN DÜZƏLDİLMİŞ EV ÇÖKƏCƏK"

Avropanın mövcud vəziyyətini şərh edən Issing, "Realist prizmadan baxılsa, bir böhrandan digərinə qaçırlar. Bunun nə qədər uzun davam edəcəyini ehtimal etmək çətindir, amma əbədi ola bilməz. Hökumətlər daha çox borc toplayacaqlar və sonra bir gün kağızdan düzəldilmiş ev çökəcək" deyib.

Sizin Reklam Yeriniz