Əlaqə Arxiv
news Image
2016.10.21
08:00
| A A A
SOCAR qiymətli kağızlar bazarını canlandırır

“SOCAR” istiqrazlarının buraxılmasında başlıca məqsəd Azərbaycan kapital bazarının inkişafına töhfə vermək olub”. Bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev istiqrazların satışının yekunlaşması və Təkrar Bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, satışlarda ilk üstünlük fiziki şəxslərə verilib. Fond sədri bildirib ki, verilən sifarişlərin 90 faizdən çoxu vətəndaşlarımıza aid olub: “Cəmi 100 milyon ABŞ dolları məbləğində SOCAR istiqrazlarına 203 milyon dollardan artıq sifariş gəlib. Bu da investorlar tərəfindən istiqrazlara tələbin 2 dəfədən artıq olduğunun göstəricisidir”.
İqtisadçıların fikrincə, “SOCAR” istiqrazları ölkədə qiymətli kağızlar bazarında aktivlik yarada biləcək. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirdi ki, hazırda SOCAR tərəfindən istiqrazların buraxılması Azərbaycandakı maliyyə alətlərinin sayının artırılması məqəsdi ilə həyata keçirilir: “Digər məsələ onunla bağlıdır ki, ölkədə dollarlaşma prosesi gedir. Hətta ölkədə dollarlaşma prosesinin səviyyəsi 80 faiz ətrafındadır. Yəni, daha çox dolların çıxış etdiyini görürük. Belə bir vəziyyətdə iqtisadiyyatın inkişafı üçün məhz daxilə investisiyaların yönəldilməsi problemi meydana çıxıb. Xüsusən də daxildə mövcud olan alətlərin iqtisadiyyata transferi məsələsi problemlərdən biridir. Ona görə də belə cəlbedici alətlər formalaşdırılır ki, “yastıq” altında pul saxlayanlar pullarını hansısa sahəyə yatırmaqda maraqlı olsunlar. Məhz istiqrazların dollarla olması “yastıq” altında olan pulların dollarla olmasına görədir. Yəni, insanlar dolları saxlamaqdansa istiqraz alsınlar. Elə fiziki alışda da şəxslər daha çox üstünlük təşkil edir”.
Ekspertin fikrincə, bu, həm də növbəti dövrlərdə qiymətli kağızlar bazarında daha çox alətlərin formalaşması üçün atılan addımdır: “Bir növ də sınaq bunu əməliyyatı kimi qiymətləndirmək olar”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert Samir Əliyev bildirdi ki, istənilən halda atılan addımı müsbət dəyərləndirmək lazımdır: “Aydın məsələdir ki, bu gün xaricdən investisiya cəlb etmək çətindir. 100 milyon dollar xarici bazar üçün çox kiçik məbləğdir. Ona görə də onu daxili bazara buraxdı. Məqsəd ucuz qiymətə resurs cəlb etmək idi. Bu, addımı düzgün qiymətləndirmək lazımdır. Hətta digər şirkətlər tərəfindən də analoji addım atılmalıdır.
Şirkətlər əgər resurs cəlb etmək istəyirsə, mütləq banklara müraciət etməli deyillər. İstiqraz buraxaraq vəsait cəlb etmək bank sektoruna alternativ mənbədir. Nəzərə alaq ki, bizdə kapital bazarının həcmi bir o qədər böyük deyil. SOCAR-ın buraxdığın istiqarazların həcmi böyük rəqəm olmasa da, istənilən halda kiçik bazarımıza təsir göstəəcək. Yəni, bazarda müəyyən canlanma yaradacaq. Yəqin ki, bu tipli addımlar həm SOCAR-ın özü tərəfindən davam etdiriləcək, həm də digər şirkətlər qoşulacaq. Söhbət bir tərəfdən alternativ mənbədən, digər tərəfdən isə ucuz resursdan gedir. Üçüncü də şəffaflıq məsələsi var. Çünki, kreditlərdən fərqli olaraq qiymətli kağız buraxan şirkət şəffaflıq qaydalarına əməl etməlidir. Hansı ki, bu da ölkəmiz üçün vacib şərtdir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz