Əlaqə Arxiv
news Image
2016.10.20
22:30
| A A A
Fond 1863 investisiya layihəsinə 123 milyon manat kredit verib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Samuxda iri taxılçılıq, kartofçuluq, üzümçülük, cins heyvandarlıq və istixana təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin layihələrini maliyyələşdirəcək.

Bu barədə movqe.az-a İqtisadiyyat Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, oktyabrın 20-də 90 sahibkarın iştirakı ilə tədbir keçirilib. Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1863 investisiya layihəsinin maliyyələşdirilməsinə 123 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Samux və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, üzümçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Sizin Reklam Yeriniz