Əlaqə Arxiv
news Image
2013.01.16
17:50
| A A A
Fermerlərə şad xəbər

"Buğda və çəltik üçün nəzərdə tutulan subsidiyaların verilməsi üçün 24 milyon 890 manat vəsait ayrılıb. Fermerlərə subsidiyaların verilməsi üçün Komissiya tərəfindən lazımi sənədlərə baxılıb. Həmin sənədlər Maliyyə nazirliyinə və "Kapital Bank"a göndərilib".

Bu sözləri Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyinin (KTN) aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov verib. Onun sözlərinə görə, buğda və çəltik üçün nəzərdə tutulan subsidiyalar fermerlərin kartlarına köçürüldükdən sonra onlar yardımları ala biləcəklər.

Qeyd edək ki, 2007-ci ilin avqust ayından dövlət tərəfindən fermerlərə yardım məqsədilə yanacaq və mühərrik yağlarının alınmasına görə 40 manat, buğda və çəltik səpini ilə əlaqədar olaraq əlavə 40 manat vəsait verilir.

Sizin Reklam Yeriniz