Əlaqə Arxiv
news Image
2013.01.18
17:00
| A A A
Slavyan Universitetində 20 Yanvar faciəsinin qurbanları yad edildi
20 Yanvar faciəsinin iyirmi üçüncü  ildönümünün keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən  Bakı Slavyan Universitetində geniş tədbirlər planı hazırlanıb. Bu barədə məlumatı Movqe.az-a BSU-nun mətbuat xidməti verib.Məlumata görə, bu tədbirlər planı çərçivəsində universitetin müəllim və tələbələrinin, Məktəb-Lisey Kompleksi şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmiş, Məktəb-Lisey kompleksində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər, fakültələrin Tələbə Gənclər Təşkilatlarında və Kölgə Kabinetində 20 Yanvar hadisələrinə həsr olunmuş toplantılar keçirilib. Bundan başqa, "Heydər Əliyev məktəbi" Tələbə Teleradiostudiyasında 20 Yanvar faciəsinə həsr olunmuş radioveriliş hazırlanmış və yayımlanmış, Məktəb-Lisey Kompleksində şagirdlərin 20 Yanvar hadisələri haqqında inşa və divar qəzetləri müsabiqəsi təşkil edilmiş, fotostend hazırlanıb. Həmçinin, Moskva Dövlət Linqvistik Universitetində (Rusiya), M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində (Belarus) və Poltava İqtisadiyyat və Ticarət Universitetində (Ukrayna) BSU tərəfindən yaradılmış tədris-mədəniyyət mərkəzlərində də 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilib.18 yanvar 2012-ci il tarixində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir xüsusilə fərqləndi. Vətənin azadlığı və mübarizəsi yolunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işlər üzrə prorektoru dos. O.Səmədov  20 yanvar hadisələrindən ürəkağrısı ilə danışdı: "20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. O müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcəvüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gətmək, hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi."
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti C.Beydullayev öz çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar hadisələrdən danışdı və bildirdi ki, Azərbaycanın müstəqilli uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən daim əziz tutulmuş, qanlı hadisələrə ilk dəfə hüquqi-siyasi qiyməti də məhz ulu öndər verib. Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş film nümayiş olunub.
Sizin Reklam Yeriniz