Əlaqə Arxiv
news Image
2013.01.21
13:32
| A A A
Nömrələrin daşınması mümkün olacaq

"Aprel ayından Azərbaycanda daşınan nömrələr layihəsinin (Mobile Number Portability) tətbiqinə başlanılacaq.

Movqe.az-ın məlumatıına görə, bu sözləri jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov söyləyib. Ə. Abbasov layihənin icrasında müşahidə olunan ləngimənin səbəbinin mobil rabitə operatorlarının hamısının buna tam hazır olmaması ilə bağlı olduğunu dilə gətirib : " Təkcə mobil operatorlar yox, fiks olan sabit operatorlar da buna hazır olmalıdırlar ki, texnoloji baxımdan bütün hazırlıq bu  layihənin tətbiqinə imkan yaratsın". Amma, Ə.Abbasov qısa zaman ərzində prosesə start veriləcəyini vurğulayıb: "Hesab edirəm ki, layihənin tətbiqi hər ay baş verə bilər və düşünürəm ki, bu layihəyə aprelin 1-dən gec olmayaraq başlanılacaq". Qeyd edək ki, "daşınan nömrələr" xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək.

Sizin Reklam Yeriniz