Əlaqə Arxiv
news Image
2016.12.14
16:23
| A A A
"Günəşli" yatağındakı 302 nömrəli quyu istismara verilib

"Günəşli" yatağındakı 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Movqe.az SOCAR-ın saytına istinadən xəbər verir ki, ölkənin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Sizin Reklam Yeriniz