Əlaqə Arxiv
news Image
2016.12.21
07:00
| A A A
Valyuta hərracına çıxarılan dolların həcmi yenidən artırıla bilər
Fikrət Yusifov: “Ölkədə maliyyə sabitliyi yaratmağa çalışdığımız indiki zamanda Neft Fondunun valyuta ehtiyatlarının artması milli valyutamızın məzənnəsinin sabitləşməsi üçün ciddi bir əsasdır”

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq. Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov deyib. 

Ş.Mövsümov bildirib ki, cari ilin əvvəlində Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edildi və büdcə neftin bir barelinin qiyməti 25 dollardan nəzərə alınmaqla hesablandı: "Ancaq il ərzində neftin bir barrelinin orta qiyməti 42 dollardan yüksək olub. Ona görə də bizim gəlirlərimiz proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çox olacaq". 
ARDNF-də manat kütləsinin yaranması məsələsinə gəlincə, Ş.Mövsümov qeyd edib ki, Fond qrafikə uyğun olaraq dövlət büdcəsinə köçürmənin tam təmin edilməsi məqsədilə valyuta hərraclarında valyuta satışını davam edirir: "Lakin büdcəyə həmin mütəmadiliklə manat ehtiyacı olmadığından bizdə müəyyən qalıqlar yaranıb. Amma ümid edirəm ki, ilin sonuna qədər büdcəyə vəsait tam köçürüləcək". Proqnozlara görə, bu fonda, DNF-nin hərraclara yenidən daha çox dollar çıxarması gözlənilir. Bu isə manatın müsbət təsirini göstərməlidir.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Mövqe”yə bildirdi ki, cari ilin dürüstləşdirilmiş dövlət büdcəsində neftin qiymətlərinin bir barrel üçün 25 dollar müəyyə edilməsi bu qiymətlərin ilin əvvəlində kəskin azalması ilə bağlı idi: “Siyasi motivlərə söykənən neft qiymətlərinin ilin sonuna qədər özünü necə aparacağı bəlli olmadığından, büdcədə dürüstləşmə aparılaraq neftin qiymətləri iki dəfə azaldıldı. Lakin sonrakı dönəmdə qiymətlərdə müəyyən artımlar baş verdi. Nəticədə Dövlət Neft Fondu nəzərdə tutulduğundan daha çox valyuta gəlirləri əldə etməyə başladı. 
Hazırkı dönəmdə ölkənin valyuta ehtiyatlarının hər hansı bir mənbə hesabına artması çox önəmlidir. Ölkədə maliyyə sabitliyi yaratmağa çalışdığımız indiki zamanda Neft Fondunun valyuta ehtiyatlarının artması milli valyutamızın məzənnəsinin sabitləşməsi üçün ciddi bir əsasdır. Manatın məzənnəsinin sabitliyi ölkədə maliyyə sabitliyinin bərqərar olması deməkdir. Sabit maliyyə durumu olan ölkəyə hər bir investor məmuniyyətlə yatrım edə bilir. Digər tərəfdən Neft Fondunda yığılan vəsaitlərin bir qismi müxtəlif formalarda birbaşa qeyri-neft sektorunun inkişafına da yönəldilə bilər. Aydın məsələdir ki, biz artıq postneft dövrünə qədəm qoymuşuq. Bu səbəbdən indi bütün diqqətlər qeyri-neft sektorunun inkişafına fokuslanıb. Ona görə də əlavə valyuta ehtiyatlarının yaranması real sektorun inkişafına ciddi dəstək ola bilər. Valyuta ehtiyatlarımız digər tərəfdən ölkənin reytinqinin yüksəlməsinə xidmət edir. Bu isə ölkəyə investisiyaların gətirilməsi işində aprıcı rol oynayır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz