Əlaqə Arxiv
news Image
2016.12.21
15:37
| A A A
AccessBank kapitalını artırmaq qərarını verdi

14 dekabr 2016-cı il tarixində AccessBank-ın səhmdarları Bankın nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edib. Bankdan movqe.az-a bildirilib ki, bu addımın atılmasında əsas məqsəd dəyişkən iqtisadi şəraitdə yaranan yeni çağırışlar zəminində bankın sabit dayanıqlılığının təmin edilməsi üçün əlavə kapital ehtiyatlarının yaradılmasıdır.Kapitalın artırılması üzrə işlərin standart sənədləşmə prosesi çərçivəsində yekunlaşması gözlənilir.Səhmdarların kapitalın artırılması ilə bağlı qərarı, AccessBank-ın bazardamikro, orta və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatıkimigüclü mövqeyinin qorunub saxlanmasını təmin etməkniyyətini nümayiş etdirir.   AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren BB+ səviyyəsində təsdiqlənib. 

Sizin Reklam Yeriniz