Əlaqə Arxiv
news Image
2016.12.23
16:37
| A A A
Putin: "Gələn ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq"

2017-ci ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq. Movqe.az  apa-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında bildirib.
 
"Neftin qiymətinə dair proqnoz vermək çox çətindir. Qiymətlər bir çox qeyri-müəyyən faktorlardan asılıdır və bu səbəbdən öncədən proqnoz vermək mümkün deyil. Energetika Nazirliyi artıq öz fərziyyələrini ifadə edib. Biz hesab edirik ki, 2017-ci ilin ikinci yarısında artıq neft bazardan gedəcək və neftin qiymətləri stabilləşəcək. Hesab edirik ki, qiymətlər cari səviyyədə sabitləşəcək", - deyə prezident bildirib.

V. Putin əminliklə qeyd edib ki, rəsmi Moskva OPEC-in əldə etdiyi razılaşmaya qoşulmaqla düzgün addım atıb: "Rusiya tərəfindən neft hasilatının azaldılması cüzi olacaq. Neft hasilatının azaldılmasına dair əldə olunan razılıq nəticəsində Rusiyanın dövlət büdcəsinə illik 1,75 trilyon rubl vəsait gətirəcək".

Sizin Reklam Yeriniz