Əlaqə Arxiv
news Image
2016.12.30
12:29
| A A A
Abşeron sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Abşeron rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Abşeron rayonunun Xırdalan şəhərində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

Sizin Reklam Yeriniz