Əlaqə Arxiv
news Image
2017.02.17
21:00
| A A A
Azərbaycan əhalisinin gəlirləri yanvarda 4,6% artıb
Ölkə əhalisinin hər nəfəri orta hesabla 358,6 manat gəlir əldə edib

Azərbaycan əhalisinin gəlirləri cari ildə əvvəlki illə müqayisədə artıb.Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında ölkə əhalisi 3 476,1 mln. manatlıq və ya əvvəlki ilin yanvarı ilə müqayisədə nominal ifadədə 4,6% çox gəlir əldə edib.

Rəsmi statistikaya əsasən, ölkə əhalisinin hər nəfəri orta hesabla 358,6 manat gəlir əldə edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 139,8 mln. manatlıq və ya əvvəlki ilə nisbətən 4,5% çox vəsait qalıb.

Sizin Reklam Yeriniz