Əlaqə Arxiv
news Image
2017.04.03
17:54
| A A A
SOCAR-ın satdığı xam neft martda kəskin bahalaşıb

SOCAR mart ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.
 
Dövlət şirkətindən verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,57 dollara, Urals nefti 50,20 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 52,86 dollara satılıb.
 
Qeyd edək ki, fevralda dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,11 dollara, Urals nefti 54,01 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 56,63 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 6,4%, Urals neftinin qiyməti 7,05%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 6,7% azalıb.

Ötən ilin martında dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,49 dollara, Urals nefti 37,18 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 39,80 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 34%, Urals neftinin qiyməti 35%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 32,8% artıb.

APA

Sizin Reklam Yeriniz