Əlaqə Arxiv
news Image
2017.04.05
07:00
| A A A
Neft ölkə iqtisadiyyatı üçün arxa plana keçir
Fikrət Yusifov: “Növbəti illərdə bu sahədə rekord göstəricilərin əldə ediləcəyi şübhəsizdir”

Azərbaycan iqtisadiyyatında birbaşa investisiyalar şəklində xarici kapitalın ümumi həcmi 2016-cı ildə 7,32 milyard dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisyların həcmi isə təxminən 1,71 milyard dollar təşkil edib. Bu göstərici isə 2015-ci il üzrə göstəricidən təxminən 2 dəfə çoxdur. Belə ki, 2015-ci ildə bu göstərici 860,4 milyon dollar təşkil edib. Mütəxəssislər qeyri-neft sektoruna yatırılan investisiyanın həcminin artmasını gözlənilən olduğunu deyirlər.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, cari ilin ilk iki ayının nəticələri 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatların artıq öz nəticələrini verməyə başladığını deməyə əsas verir: “Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2017-ci ilin ilk iki ayında ölkədə ümumi daxili məhsul istehsalının 0,4 faiz artması iqtisadiyyatımızın böhrandan sonra yeni inkişafı mərhəlləsinə qədəm qomasından xəbər verir.  
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi,  yaxın, orta və uzaq perspektivdə ölkə iqtisadiyyatının inkişafının əsas konturlarının bu sənəddə əks olunması xarici investorlarda Azərbaycan iqtisadiyyatına marağı daha da artırmış oldu. Bu səbəbdən də ölkə iqtisadiyyatının real sektoruna xarici kapital axını getdikcə artmaqdadır. Növbəti illərdə bu sahədə rekord göstəricilərin əldə ediləcəyi də heç şübhəsizdir. Bu gün Azərbaycan hökuməti ölkə iqtisadiyyatının neftdən asılılığını ən qısa zaman kəsiyində aradan qaldırmağı hədəfləyən konkret islahatlar aparır. İnvestorlar hökumətin apardığı bu siyasətin doğruluğuna güvənib öz kapitallarını məmuniyyətlə iqtisadiyyatımızın müxtəlif sahələrinə yatıtmağa qərar verirlər”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafının prioritet vəzifə olması haqqında Prezidentin xüsusi çıxışları, tapşırıqları var: “Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet proqram kimi irəli sürüb. Məsələn, 2015-ci illə müqayisədə 2016-cı ildə pambıq əkin sahələri 3 dəfə genişlənidirilib. Digər tərəfdən, kənd rayonlarında istehsal sahələrinin yaradılması üzrə layihələr həyata keçirilir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz