Əlaqə Arxiv
news Image
2017.04.14
07:00
| A A A
Azərbaycan Avropada iqtisadi və siyasi mövqelərini gücləndirir
Cümşüd Nuriyev: “Azərbaycan Avropa bazarında söz sahibi olacaq”

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji birliyinin həyati əhəmiyyətli elementidir. Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib.

İqtisadçı-ekspert Cümşüd Nuriyev məsələ ilə bağlı söylədi ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın Avropa bazarlarındakı siyasi-iqtisadi mövqeyini daha yüksək pillələrə qaldıracaq: “Təbii ki, “Cənub Qaz Dəhlizi” layihəsinin işə başlaması ilə ölkəmizin “köhnə     qitə”dəki iqtisadi və siyasi mövqeləri birmənalı olaraq daha güclü hala gələcək. 
Hazırda bilirsiniz ki, Avropanın enerji bazarı Rusiyanın monopoliyasındadır. Azərbaycanın həmin bazara daxil olmasına müəyyən mənada Moskva qısqanclıqla yanaşır.Lakin bütün hallarda “Cənub Qaz Dəhlizi” Azərbaycanın ən uğurlu xarici layihələrindən biridir. 
İkinci, bununla ölkəmiz Avropa bazarlarında şaxələnməyə xidmət edən addımı atacaq. Digər tərəfdən, həmin layihə Azərbaycanın siyasi müstəqilliyi üçün də bir zəmanətdir. Fars körfəzinin qazı Suriya üzərindən çıxarılmalı idi. Lakin bu günə qədər də Suriya bu layihəyə razılıq verməyib. Rusiya da məhz buna görə Bəşər Əsədi müdafiə edir. Həmin qazın Avropaya nəqli baş tutmadığından Azərbaycanın bu bazara daxil olması ölkəmiz üçün olduqca mühüm bir şansdır. Bu, həmçinin, Azərbaycanın xarici iqtisadi siyasətinin bir uğurudur. Bütün hallarda Azərbaycan xarici siyasətdə balanslaşdırılmış siyasət yürüdür. Onun tərkib hissəsindən biri də məhz “Cənub Qaz Dəhlizi”dir. 
Ölkəmiz özünün investisiya siyasətində uğurlu dəyişikliyə imza ataraq layihənin başa çatdırılması üçün hər şeyi edib. Ölkə Prezidenti də layihənin həyata keçməsi üçün Azərbaycan dövlətinin edə biləcəyi hər şeyi edib. Ona görə də Azərbaycanın Avropa bazarında söz sahibi olacağı faktı birmənalıdır. Bu da ölkəmiz üçün böyük uğur olacaq”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz