Əlaqə Arxiv
news Image
2017.04.18
09:30
| A A A
Azərbaycan iqtisadi yüksəlişin yeni mərhələsinə qədəm qoyur
Qeyri-neft sektoru enerji daşıyıcıları ilə müqayisədə daha yüksək sürət götürüb

Dünya iqtisadi böhranına tuş gələn, bu böhrandan ən az itki ilə çıxan və itirlmişləri qısa müddətdə geri qaytarmağı bacaran azsaylı ölkələrdən biri də Azərbaycandır. Məlumdur ki, böhranın başlıca səbəbi dünya bazarında neftin qiymətinin birdən-birə bir neçə dəfə aşağı düşməsində özünü göstərib. Bu fonda iqtisadiyyatı neftə bağlı olan ölkələrin iqtisadi vəziyyəti qəfil pisləşib. Bu tendensiyanı vaxtında görüb dəyərləndirən Azərbaycan hökuməti görülmüş tədbirlər hesabına vəziyyətdən vaxtında çıxmağı bacarıb. Belə ki,  “Fitch” beynəlxalq reytinq agentliyi öz hesabatında bilririr ki, keçirilən islahatlar nəticəsində neft qiymətlərindəki kəskin azalmanın büdcəyə mənfi təsirini neytrallaşdırmağı bacaran  4 neft ölkəsindən biri Azərbaycandır.

2016-cı ildə ölkədə keçirilən dərin iqtisadi islahatlar  öz nəticələrini 2017-ci ilin birinci rübündə də göstərməyə başlayıb. Həyata keçirilmiş tədbirlər makroiqtisadi sabitliyin təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının genişləndrilməsinə, ixracın artırılmasına, yeni iş yerlərini açılmasına müsbət təsir edib və nəticə etibarilə əldə olunan mənfəət artıb.Qısa müddət keçməsinə baxmayaraq, bütün bu hədəflər üzrə müsbət nəticələrin əldə edilməsi aparılan iqtisadi siyasətin effektivliyini sübut edib. Bu, həm də ölkədə yaradılmış əlverişli sahibkarlıq mühitinin qanunauyğun sonluğunu göstərir. Nəticələr ölkə iqtisadiyyatının dayanıqlı və yeni iqtisdi artım mənbələri hesabına formalaşması fazasına daxil olduğunu da ortaya qoyur. Son bir neçə ildə yeni iqtisadi artım mənbələrinin aktivləşdirilməsi və inkişaf etdirilməsi dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayıb. 
2017-ci ilin ilk rübündə əldə olunan nəticələr qarşıya qoyulan hədəflərə çatmaqda bütün potensialn mövcud olduğunun göstəricisidir. İlin birinci rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Bu gün ölkənin valyuta ehtiyatları 38,5 milyard dollardır. Bu, kifayət qədər böyük rəqəmdir.
Bir-iki ilə Cənub Qaz Dəhlizinin qolları işə düşəcək. Avropanın cənub ölkələri «Şahdəniz-2» yatağından çıxan mavi yanacağı idxal etməyə başlayacaqlar. Bununla da enerji daşıyıcılarından gələn gəlirlər xeyli artacaq. Ancaq bununla yanaşı, qeyri-neft sektorunun iqtisadiyyatda öz payını böyük sürətlə artırması daha böyük gəlirlərə yol açır. Sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə çoxalır. Həm məhsulların növü çoxalır, həm də məhsulun həcmi artır. 
Yeni istehsal sahələrinin inkişafında dünyada məşhur olan müasir texnologiyaların tətbiq edilməsi məhsulların keyfiyyətinə müsbət təsir etməklə onların ixrac potensialını artırır. Xüsusilə, kənd təsərrüfatı sahəsində iri fermer təsərrüfatlarının yaradılması, kəndli-fermer təsərrüfatlarının inkişafına əngəl olan maniələrin aradan qaldırılması öz sözünü deyir. Bu gün artıq “Azərbaycan brendi” adı ilə xaricə hazır məhsulların göndərilməsi yoluna qoyulur. Bu isə gəlirin artırılmasına və valyuta gəlirlərinin çoxalmasına birbaşa təsir edir. Qeyri-neft sektoru enerji daşıyıcıları ilə bərabərləşərək onu ötmək üçün səmərəli rəqabəti davam etdirir. 
Ölkə iqtisadiyyatında bu cür tendensiyanın bərqərar olması ümumilikdə ölkənin gələcək perspektivlərini müəyyənləşdirir və təbii sərvətlərin mövcudluğundan asılı olmayaraq, dinamik və davamlı inkişafı təmin edir. 

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz