Köpək balığı qadına hücum edib
ABŞ-ın Kaliforniya ştatında San Onofre State Beach sahilində köpək balığı qadına hücum edib.
Movqe.az milli.az-a istinadən bildirir ki, hadisə insanların sörfinqlə məşqul olduqları yerdə baş verib.
Bildirilir ki, qadın üzərkən köpək balığı ona qəflətən hücum edib və ayağından dişləyib.
Yaralı dərhal xəstəxanaya aparılıb.