Əlaqə Arxiv
news Image
2017.06.08
11:49
| A A A
Jurnalist ailə üzvləri ilə birlikdə qəzaya düşdü

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb. Movqe.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.

Sizin Reklam Yeriniz