Əlaqə Arxiv
news Image
2017.06.08
16:49
| A A A
Bakıda dayısının evindən oğurluq edən şəxs və onun dostuna hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Arif Şükürov və Pərviz Abışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
Məhkəmənin hökmü ilə A.Şükürov və P.Abışovun hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Şükürov dostu P.Abışovla əlbir olaraq, 8 aprel 2017-ci ildə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən, dayısı Baxşeyiş Əsədova məxsus mənzildən oğurluq ediblər. Onlar günorta saatlarında B.Əsədovun mənzilinə daxil olaraq 5100 dollar, 1200 manat pul və 350 manat dəyərində "Samsung-Galaxy” markalı mobil telefonu oğurlayıblar.
Hadisədən sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sizin Reklam Yeriniz