Əlaqə Arxiv
news Image
2017.06.09
16:04
| A A A
Suriyalı qızları 5 min lirə qarşılığında yaşları böyüdülərək, evləndirirlər

Suriya Birləşmiş Türkmənlər Dərnəyi Ankara nümayəndəsi Leyla Süleymanın dərnəyə kömək almaq üçün gələn ailələri kiçik yaşdakı qızlarının yaşlarını böyüdərək, 5 min türk lirəsi qarşılığında evlendirdiyi iddia olunur. Movqe.az türkiyə mediasına istinadən xəbər verir ki, şahidlər Türkiyədə 300-dən çox qaçqın qız uşağının yaşı böyüdülərək evlendirildiyini söyləyirlər. Suriyalı şahidlər bu işdə Leyla Süleymana  qardaşı və qardaşnın da kömək etdiyini bildirirlər. Onlar dərnəyə kömək üçün gələn ailələrin kiçik yaşdakı qız uşaqlarının yaşlarını əvvəl təsbit edir. Daha sonra müəyyən etdikləri ailəyə gedərək qızlarını zəngin bir iş adamı ilə evləndirmək istədiklərini bildirirlər: “Qızınızı versəniz, həm biz sizə yardımları artırarıq, həm də qızınızın evlənəcəyi adam sizə kömək edəcək. Beləliklə hamınızın həyatı xilas olacaq. Əgər qızınızı verməsəniz, bizdən əsla kömək ala bilməzsiniz” deyərək  izah edirlər. Şahidlərin ifadələrinə görə, Leyla Süleyman indiyə qədər 300-dən çox kiçik yaşdakı uşağı bu yolla yaşlarını böyüdərək evləndirib.

Adının yazılmasını istəməyən bərbər Leyla Süleymanın evlendirdiği uşaqları "toy"dan əvvəli onun yanına gətirdiyini ifadə ediərək, bu uşaqların 13-14-15 yaşlarında olduğunu söyləyib. Bərbər, Leyla Süleymanın "edəcəyiniz makiyaj ilə qızlar daha böyük görünsün" dediyini bildirib. Adının açıqlamasını istəməyən bir digər şahid isə, bunları söyləyib: "Mən belə bir hadisəni eşidəndə doğruluğunu isbat etmək üçün Leyla Süleymanın yanına getdim. Zəngin bir iş adamı olduğumu və məni evlendirməsi şərti ilə ona 15 min lirə verəcəyimi söylədim. Leyla Süleyman mənə 14 yaşında bir qız uşağı olduğunu söylədi. Mən də bunun Türkiyədə qanuni olmadığını söylədim. Mənə “yaşını böyüdərik sən orasına qarışma, mən həll edərəm” dedi. Leyla həmçinin mənə çox sayda qız uşağının yaşını böyüdərək evlendirdiyini dedi.
Adı çəkilən Leyla Süleyman isə əvvəl iddiaları rədd edib. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz