Əlaqə Arxiv
news Image
2017.06.11
22:28
| A A A
Yardımlıda narkotik alverçisi saxlanılıb

Yardımlı rayonunda narkotik alverçisi saxlanılıb.

 

Movqe.az-ın verdiyi məlumata görə, Yardımlı  polisinin  keçirdiyi əməliyyat-axtarış  tədbirləri nəticəsində  Yardımlı sakini, 1977-ci il təvəllüdlü  Ağayev Ziyəddin Yaşar oğlu  saxlanılıb. 

 

Əvvəllər dəfələrlə məhkum olunmuş  Z.Ağayev 2 kq-dan artıq tiryək və 250 qram  heroin satmaq istəyərkən saxlanılıb. İstintaqa  verdiyi ifadəsində o, narkotik vasitəni satmaq məqsədilə  İran vətəndaşından aldığını  bildirib.

 

Faktla bağlı   araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz