Əlaqə Arxiv
news Image
2017.06.14
12:46
| A A A
Qazaxda keçmiş məhkum silah satarkən yaxalanıb

Qazaxda silah alveri ilə məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən (DİN)  Movqe.az-a  verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbə və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Şahməddin Mustafayev 1 ədəd "Naqan" markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd xəncəri 800 ABŞ dollarına satarkən tutulub.

Sizin Reklam Yeriniz