Əlaqə Arxiv
news Image
2017.06.14
16:46
| A A A
ABŞ konqresmeni beysbol meydanında güllələnib: yaralılar var

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının əlaqələndiricisi Stiven Skalis və daha bir neçə nəfər Virciniya ştatının Aleksandriya şəhərindəki beysbol meydanında naməlum şəxs tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Movqe.az-ın trend-ə istinadən  məlumatına görə, konqresmen bud nahiyəsindən, onun köməkçisi isə sinəsindən xəsarət alıb.

Hücum edən şəxsin kimliyi məlum deyil. Bəzi KİV-lər onun zərərsizləşdirildiyini yazır. Aleksandriya polisi isə hadisə ilə əlaqədar bir şübhəlinin saxlanıldığını bəyan edib.

CNN telekanalı silahlı hücum nəticəsində ən azı 5 nəfərin yaralandığını bildirir.

 

Sizin Reklam Yeriniz