Əlaqə Arxiv
news Image
2017.06.15
15:45
| A A A
Sabiq nazirə hücum edildi

Fransanın sabiq ekologiya və energetika naziri xanım Natali Kosçyuşko-Morize hücuma məruz qalıb. Movqe.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

İnsident paytaxt Parisin 5-ci dairəsində baş verib. Hadisə zamanı "Respublikaçılar" partiyasının namizədi təbliğat aparırdı.

Naməlum kişi ona yaxınlaşaraq əvvəl təhqir edib, daha sonra isə vurmaq istəyib. Yerə yıxılan xanım namizədin başı daşa dəydi. O, həkimlər gələnədək bir neçə dəqiqə huşsuz vəziyyətdə qalıb. Natali Kosçyuşko-Morize xəstəxanaya yerləşdirilib. 

Qafqazinfo.az

Sizin Reklam Yeriniz