Əlaqə Arxiv
news Image
2017.06.19
13:25
| A A A
Avtomobil 2-ci sinif şagirdini öldürdü

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.
 
İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
 
 
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz