Əlaqə Arxiv
news Image
2017.06.25
20:34
| A A A
BAKIDA ƏMƏLİYYAT: Türkiyənin axtardığı şəxs yaxalandı

Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə Bakıda əməliyyat həyata keçirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub. Onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı tədbirlər görülür.
 
Qeyd edək ki, tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.

Sizin Reklam Yeriniz