Əlaqə Arxiv
news Image
2017.06.30
11:34
| A A A
Azərbaycanda DƏHŞƏT: Ana və iki cavan oğlu öldü

İyunun 29-na keçən gecə Masallıda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb. Movqe.az xəbər verir ki, “VAZ” markalı minik avtomobilinin “Shacman” markalı yük maşınına çırpılması nəticəsində ağır xəsarət alan 26 yaşlı Mahir Bayramov xəstəxanada keçinib.
 
Qeyd edək ki, Mahir Bayramovun qardaşı - avtomobili idarə edən Elmin Bayramovla anası Reyhanə Abbasova hadisə yerində vəfat etmişdi.
 
Yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar. Onların həyatı üçün təhlükə qalmadığı bildirilib.

Sizin Reklam Yeriniz