Movqe.az xəbər verir ki, Fransanın paytaxtı Paris yaxınlığındakı Meauksda, bir ana üç övladının boğazını kəsərək öldürmək təqsirindən nəzarət altına alınıb. Yaşları 9, 11, 17 olan, ikisi qız üç uşağın, evlərində boğazların kəsilməsi və aldıqları bıçaq zərbələri nəticəsində dünyalarını dəyişdikləri meydana çıxıb. Bir xəstəxanada həkimlik edən atanın, evdə uşaqlarını sanki "qan gölü" içində bıçaqlanmış halda görməsinin ardınca şoka girdiyi bildirilib. Səhiyyə qruplarının evə gəldikdə hələ də sağ olan 17 yaşındaki oğlan uşağını xəstəxanaya qaldırıb, lazımlı tibbi müdaxiləni etmələrinə baxmayaraq, müvəffəqiyyətli ola bilmədiyi bildirilib. Polis, üç övladın öldürülməsini əhatəli bir şəkildə tədqiq etsə də, qonşuların fikirlərinə istinad edən mətbuat, ailənin ətraflarında ümumiyyətlə "səssiz, təvazökar və problemsiz" olaraq görüldüklərini qeyd edib.