Bakıda dostunu bıçaqlayan şəxs həbsxanada öldü - FOTO
Bakıda məhkum vəfat edib. Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1978-ci il təvəllüdlü Ramazanov Elnur Nadir oğlu xəstəlikdən vəfat edib.
Qeyd edək ki, E. Ramazanov 2014-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində tanışı, 1973-cü il təvəllüdlü Muradov Etibar Surxay oğlunu yeyib-içərkən bıçaqlayıb.