Bakı-Quba yolunda iki maşın toqquşdu: yaralılar var
Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota-Prado" markalı avtomaşınla "Zil" markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Fakt araşdırılır.