Gözəllik salonunda dava düşdü - Bakıda
Bakıda gözəllik salonunda qadınlar arasında dava-dalaş düşüb.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, Nərimanov rayonu Həsənoğlu küçəsi 14 ünvanındakı salonda 1973-cü il təvəllüdlü Xuraman Əbdürrəhimova ilə 1992-ci ildə anadan olmuş Tünzalə Şəfiyeva arasında mübahisə münaqişəyə çevrilib. Onlar bir-birlərinə xəsarətlər yetiriblər və daha sonra hadisə barədə polisə məlumat verərək şikayət ediblər.
Xuliqanlıq hadisəsi ilə bağlı araşdırma aparılır.