Əlaqə Arxiv
news Image
2017.08.09
17:38
| A A A
Mənzildə qadın meyiti tapılıb

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:38-də başa çatıb.

Sizin Reklam Yeriniz