Əlaqə Arxiv
news Image
2017.08.11
12:46
| A A A
Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanıldı

Avqustun 4-də saat 1.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulub. 

Movqe.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Qadın xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarət alan şəxsin Salyan rayon sakini Təranə Hüseynova olması müəyyən edilib.

Hadisənin "Opel" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini İlham Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Sizin Reklam Yeriniz