Oğurluğa görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb
Bakıda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb.
Movqe.az xəbər ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 avtomobildən və 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.