Əlaqə Arxiv
news Image
2017.10.03
10:44
| A A A
Daxili orqanında heroin keçirmək istədi

Daxili orqanında heroin keçirən şəxs gömrükdə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və nəticədə onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 22,638 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz