Əlaqə Arxiv
news Image
2017.10.09
11:53
| A A A
Arvadını yandıran polisin cəzası azaldıdı

Keçmiş arvadını öldürüb sonra yandırmaqda təqsirləndirilən polis əməkdaşı Samir Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun icraatında olan prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilib. S.Əliyev barəsindəki 20 illik cəza 1 il azaldılaraq 19 ilə endirilib. 

Qeyd edək ki, DİN-in sabiq əməkdaşı S.Əliyev 2015-ci ildə boşandığı həyat yoldaşı Natəvan Əliyevanı öldürərək yandırmaqda təqsirləndirilir. 

N.Əliyevanın yanmış meyiti avtomobilində Bakı-Quba yolunda tapılıb. O, xəstəxanaların birində həkim işləyib. 

 

Sizin Reklam Yeriniz