Vurduğu maşının sürücüsünü öldürdü: "Nə edim, öldü də" - FOTO
Konyada 26 yaşlı Orhan Kingütmez iddiaya görə, qırmızı işıqda avtomobilini arxadan vuran digər maşındakı 18 yaşlı Yıldırım və 17 yaşlı A.Ç. ilə mübahisə edib.
Movqe.az milli.az-a istinadən xəbər verir ki, A.Ç. mübahisə zamanı Kingütmezi bədəninin 4 yerindən bıçaqlayaraq öldürüb. İçkili olduğu məlum olan A.Ç. Kingütmezin öldüyünü bilincə polisə: ''Nə edim, öldü də. Hamımız öləcəyik", - deyib.
Qeyd edək ki, hadisə dünən saat 22:45 radələrində baş verib.
Hər iki şübhəlinin dindirilməsi davam edir.