Əlaqə Arxiv
news Image
2017.10.10
12:38
| A A A
Bakıda kişi həyat yoldaşını ehtiyatsızlıqdan güllələyib

Bakıda ehtiyatsızlıq faciə ilə nəticələnib.
 
Movqe.az xəbər verir ki, Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Kərimov Həbib Yusif oğlunun odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Kərimova Səbinə Fərhad qızının qarın nahiyəsinə dəyib.
 
S. Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 
 
H. Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Sizin Reklam Yeriniz