Bakıda 20 yaşlı qız özünü 18-ci mərtəbədən atdı
Bakıda 20 yaşlı qız intihar edib.
Movqe.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 20 yaşlı Diana Abbasova özünü yaşadığı 29 mərtəbəli binanın 18-ci mərtəbəsindən yerə ataraq intihar edib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.