Əlaqə Arxiv
news Image
2017.10.17
18:19
| A A A
Hansı məhkumların cəzaları təxirə salınacaq? - Dəyişiklik edilir

Məhkumların cəzalarını çəkməsinin təxirə salınması ilə bağlı dəyişiklik təklif olunur. 

Movqe.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsinin 79-cu (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə dəyişiklik layihəsi irəli sürülüb.
 
Layihəyə görə, 14 yaşına qədər uşağı olan qadınların, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarını çəkmələri uşaq 14 yaşına çatanadək təxirə salına bilər.
 
Hazırda Cinayət Məcəlləsində bu yaş həddi 8-dir.
 
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Sizin Reklam Yeriniz