Əlaqə Arxiv
news Image
2017.10.19
11:40
| A A A
Bakıda qətl: Şəki sakini əmisi oğlunu öldürdü

Paytaxtda qətl hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan Şəki şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov doğma əmisi oğlu 1988-ci il təvəllüdlü Şəki şəhər sakini, Pərviz Məzahir oğlu İsgəndərovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.İsgəndərov P.İsgəndərovu bıçaq zərbəsi ilə qətlə yetirib.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsgəndəov saxlanılıb.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz